Su kranı

Mənzillərə verilən suyun qiyməti artırılırmı - "Azərsu"dan cavab

1750
(Yenilənib 12:36 03.09.2018)
ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyinin qeyd olunması ciddi müzakirələrə səbəb olub

BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda içməli suyun qiymətinin artırılacağına dair xəbərlər dolaşmağa başlayıb. Buna səbəb isə, "Azərsu" ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında zərərlə işlədiyinin və suyun maya dəyərindən 2 dəfə ucuz satıldığının qeyd olunması olub.

Hesabatda səhmdar cəmiyyətinin əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olduğu vurğulanıb və buna əsas səbəb kimi Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərin su-kanalizasiya xidmətlərinin maya dəyərindən aşağı olması göstərilib.

Gəzən xəbərləri Sputnik Azərbaycan-a açıqlamasında münasibət bildirən "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, səhmdar cəmiyyətinin suyun qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciəti gündəmdə deyil.

"Gəzən söz-söhbətlər subyektiv fikirlərdir. Biz maliyyə hesabatı açıqlamışıq. Audit şirkəti də məlumatları yayıb. "Azərsu" ASC-nin su və kanalizasiyanın qiymətlərinin artımı üçün Tarif Şurasına müraciəti gündəmdə deyil" — deyə Cəbrayıllı vurğulayıb.

1750
Teqlər:
içməli su, Tarif Şurası, "Azərsu" ASC, Azərbaycan, qiymət
Əlaqədar
Paytaxtda onlarla su nasosunu oğurlayan şəxs ələ keçib
Xəbərdarlıq: Bəzi ərazilərdə su olmayacaq
Su filtrləri satan şəxsləri ağlasığmaz cinayəti törətməyə nə təhrik edib
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılması ilə bağlı suallar hələ açıq qalır

3
(Yenilənib 12:15 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

3
Koronavirus vaksini, arxiv şəkli

TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə

3
Qarayeva bildirib ki, Azərbaycana qısa zamanda təsdiq olunmuş peyvəndin gətirilməsi isitqamətində işlər aparılır.

BAKI, 15 avqust — Sputnik. "Peyvəndlə bağlı çox suallar var. Tərəfimizdən iki peyvəndlə bağlı müzakirələr aparılır. Onlardan birincisi payız mövsümündə qriplə bağlı peyvənd, digəri isə COVID-19-la bağlıdır. COVID-19 üçün peyvənd zərərsiz, keyfiyyətli və təsdiqlənmiş peyvənd olmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 15-də keçirdiyi mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, qısa zamanda təsdiq olunmuş peyvəndin ölkəmizə gətirilməsi isitqamətində işlər aparılır.

3