İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub

Türk respublikalarının liderləri bir araya gəldilər

87
(Yenilənib 10:45 03.09.2018)
İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitdə iştirak edir

BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovu, Macarıstanın baş naziri Viktor Orbanı qarşılayıb.

İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
© Official website of President of Azerbaijan Republic
İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub

Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzinin ərazisini gəziblər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar. Sonra birgə foto çəkdirilib.

Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının prezidentinə minnətdarlığını bildirib. Prezident Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.

İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub
© Official website of President of Azerbaijan Republic
İlham Əliyevin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub

Sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər. Sammit işini davam etdirir.

Bu arada, sözügedən sammit çərçivəsində sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

87
Teqlər:
Sooronbay Jeenbekov, Qırğızıstan, İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, görüş
Əlaqədar
İlham Əliyev Vladimir Putini Azərbaycana dəvət etdi
Soçidə İlham Əliyev və Vladimir Putin arasında görüş olub
İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı
Prezident İlham Əliyev İosif Kobzonun ailəsinə başsağlığı verib
İlham Əliyev 3 rayonu birləşdirən yolla bağlı sərəncam verdi
İlham Əliyev: “Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub”