Yaponiyanın bayrağı

Yaponiyanın xarici işlər naziri Azərbaycana gəlir

27
(Yenilənib 12:37 31.08.2018)
Taro Kono əvvəlcə Ermənistan və Gürcüstana səfər edəcək

BAKI, 31 avqust — Sputnik. 5-6 sentyabr (çərşənbə) tarixində Yaponiyanın xarici işlər naziri Taro Kononun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı naziri Yaponiya XİN-in mətbuat xidmətinin rəhbəri müşayiət edəcək. O, həmçinin səfərlə bağlı Azərbaycan mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, xarici işlər naziri Taro Kono əvvəlcə Ermənistan və Gürcüstana səfər edəcək və oradan Azərbaycana gələcək. Nazir ayın 6-da Bakıdan Berlinə yola düşəcək.

27
Teqlər:
səfər, xarici işlər naziri Taro Kono, Yaponiya
Əlaqədar
Təbiət yaponlara "divan tutur"
Yaponiyada son 35 ildə misli görünməmiş fəlakət yaşanır
Yaponiyada leysan yağışlar: 50 ölü, 47 itkin