Tozlu hava

Türkmənistan tozu Bakıdan çəkilməyə başlayıb

29
(Yenilənib 10:58 31.08.2018)
Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb

BAKI, 31 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

29
Teqlər:
hava, duman, toz, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Paytaxt və yarımadanın havası qatılaşır, toz normanı 4.5 dəfə üstələyir
Son vəziyyət: Bakı havasında tozun miqdarı sanitar normadan 3 dəfə yuxarıdır
Ölkə ərazisini yenə toz-duman bürüyüb
“ADA” Universitetinin rektoru Hafiz Paşayev

Qələbimiz Xocalı qurbanlarının ruhlarını şad edir - Hafiz Paşayev

2
(Yenilənib 11:11 26.02.2021)
ADA universitetinin rektoru: "Vətən müharibəsi zamanı 3 minə yaxın hərbçi və onlarla mülki şəxs şəhid olub. Düşünürəm ki, şəhidlərimizin siyahısına Xocalı qurbanlarının adlarını da daxil edə bilərik"

BAKI, 26 fevral — Sputnik. Qələbimiz Xocalı qurbanlarının ruhlarını şad edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı universitetin rektoru Hafiz Paşayev bildirib.

"Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən faciəli gündür. Xocalı qurbanları həmişə Azərbaycan xalqı tərəfindən yad edilib. Bugünkü anım tədbiri çox önəmlidir. Çünki Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra ilk dəfə anım tədbiri keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad edib. Vətən müharibəsi zamanı 3 minə yaxın hərbçi və onlarla mülki şəxs şəhid olub. Düşünürəm ki, şəhidlərimizin siyahısına Xocalı qurbanlarının adlarını da daxil edə bilərik", - deyə Hafiz Paşayev bildirib.

 

2
Xocalı soyqrımın ildönümü

ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı ilə bağlı mesaj yaydı

0
(Yenilənib 11:10 26.02.2021)
"Beynəlxalq birliklərə erməni qüvvələrinin törətdikləri vəhşilikləri çatdırmalı və bu dəhşətli müharibə cinayətinə görə ədalət tələb etməliyik!"

BAKI, 26 fevral — Sputnik. ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mesajı yayıb. Sputnik Azərbaycan Haberler-ə istinadla xəbər verir ki, Türkiyə-Amerika İdarəetmə Komitəsi (TASC) tərəfindən yayımlanan mesajda Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 mülki şəxsin öldürülməsi pislənib.

Mesajda, "Beynəlxalq birliklərə erməni qüvvələrinin törətdikləri vəhşilikləri çatdırmalı və bu dəhşətli müharibə cinayətinə görə ədalət tələb etməliyik!" – deyə bildirilir.

Türk Amerikan Assosiasiyaları Şurasının (ATAA) yayımladığı mesajda da 1992-ci il, fevralın 26-da Xocalıda erməni silahlı qüvvələri tərəfindən törədilən soyqırım pislənib. Şura ABŞ-ı və beynəlxalq ictimaiyyəti bu cinayətə görə erməni liderlərini məsuliyyətə cəlb etməyə çağırıb.

0