ABŞ prezidenti Donald Tramp

Görün, Tramp dünyanı ilə hədələyir

153
(Yenilənib 10:52 31.08.2018)
ABŞ prezidenti: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq"

BAKI, 31 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp bu barədə "Bloomberq News"-a müsahibəsində açıqlama verib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ÜTT ABŞ-la daha yaxşı davranmalıdır: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq".

Qeyd edək ki, Tramp keçən ay verdiyi açıqlamada ÜTT-nin illərlə ABŞ-la pis rəftar etdiyini deyərək, təşkilatın fəaliyyət istiqmətlərini dəyişməsini məsləhət görmüşdü. ÜTT-dəki ABŞ ticarət təmsilçisi Robert Liqzizer isə yanvar ayında verdiyi açıqlamada Çinin 2001-ci ildən ÜTT-yə üzv olmasını səhv addım kimi xarakterizə etmişdi.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın ÜTT-dən çıxacağı təqdirdə dünya iqtisadiyyatı və ticarət münasibətləri arzuolunmaz mənzərə ilə üzləşəcək.

153
Teqlər:
Tramp, Donald Tramp, ABŞ prezidenti, Ağ ev
Əlaqədar
Tramp jurnalistlərə qırmızı kart göstərdi
Tramp bütün "oyun qaydalarını" alt-üst edir, dünya düzəni təhdid altındadır
Tramp tapşırdı, o da səfərini ləğv etdi
Tramp özü qazdığı quyuya düşür, ABŞ-da iqtisadi böhran başlayır
Tramp ailəsi yeni qalmaqalla gündəmə gəlir: Melaniya...
Tramp görüşdü, indi də Putin onunla görüşəcək
Donald Tramp imzanı atdı və hər kəs gözləmə mövqeyinə keçdi