Туманная погода в Баку

Son vəziyyət: Bakı havasında tozun miqdarı sanitar normadan 3 dəfə yuxarıdır

92
(Yenilənib 12:43 30.08.2018)
Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır

BAKI, 30 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Qeyd: Gün ərzində hər 3 saatdan bir yenilənən məlumat təqdim olunacaq.

92
Teqlər:
toz, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, monitorinq, hava
Əlaqədar
Ölkə ərazisini yenə toz-duman bürüyüb
Bakını bürüyən səhra tozu ilə bağlı növbəti xəbərdarlıq edilir
Bakını səhra tozu bürüyür, operativ iş rejiminə keçildi
Bakını bürümüş toz dumanı ilə bağlı operativ qərar verildi
İmamyar Həsənov, arxiv şəkli

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar - VİDEO

0
(Yenilənib 21:34 05.12.2020)
Kamançaçı İmamyar Həsənovla İsrailin Anna RF musiqi qrupu Laçın rayonunun işğaldan azad edilməsinə birgə layihə həsr ediblər

BAKI, 5 dekabr - Sputnik, Kəmalə Əliyeva. Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi "Laçın" mahnısı ilə şövqə gətirib.

Həsənov bu mahnını kamançada dəfələrlə solo ifa edib, ancaq bu dəfə əcnəbi həmkarlarını da cəlb edib. Mahnı onların çox xoşuna gəldiyindən ifa zamanı heç bir problem yaranmayıb. Musiqiçi deyib ki, bu layihəni Laçın rayonunun çoxillik işğaldan azad olunmasına həsr edib. 

 

İmamyar Həsənov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə ABŞ-a köçüb. Hazırda San-Fransiskoda yaşayır. 

2012-ci ildən San-Fransiskoda Beynəlxalq musiqi festivalının musiqi direktorudur. Həsənov həmçinin oradakı beş orta məktəbdə Azərbaycan muqisini tədris edir. O, Türkiyə, Yunanıstan, İran və İsraildə çıxış edib.

0
Teqlər:
video, İmamyar Həsənov, ifa, kaman, musiqi, İsrail, Azərbaycan, Laçın
Ceyms Bond

Ceyms Bondun silahı hərracda satıldı

5
(Yenilənib 20:46 05.12.2020)
Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı

 

BAKI, 5 dekabr — Sputnik. Şon Konnerinin agent-007 rolunu oynadığı "Ceyms Bond" filmində istifadə edilən tapança hərracda yüksək qiymətə satılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tapança 256 min dollara satılıb.

Söhbət "Doktor Nou" filmində olan Walther PP silahından gedir. Süjet xəttinə görə, məhz bu filmdə Bond Berettanı Walther PP-yə dəyişir. Çünki o, Berettanın uğursuluq gətirəcəyini düşünürdü. Həmin vaxtdan Walther PP xüsusi agentin əsas silahına çevrilir.

Silah gözlənildiyindən baha qiymətə satılıb. Çünki əvvəlcə o, 150-200 min dollar məbləğində dəyərləndirilmişdi.

Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı. Geyim yarım milyon dollar məbləğində dəyərləndirilmişdi.

Qeyd edək ki, çimərlik geyimi ilk dəfə 2001-ci ildə 45 dollara Planet Hollywood restoranlar şəbəkəsinin rəhbəri Robert Erl tərəfindən satın alınmışdı.

5
Teqlər:
tapança, hərrac, Şon Konneri, film