Abdolbari Goozal

Abdolbari Goozala Azərbaycanda yüksək vəzifə verildi

2235
(Yenilənib 11:55 30.08.2018)
"Azərsun Holding"in rəhbəri Abdolbari Goozal Aqrar Məşvərət Şurasının sədri seçilib

BAKI, 30 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində (KTN) aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə toplantı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini, prezident İlham Əliyevin nazirliyin qarşısında ciddi vəzifələr qoyduğunu deyib.

Nazirlik bu vəzifələri reallaşdırmaq məqsədilə işini fermerlərə yaxın olmaq, şəffaflığı təmin etmək və innovativ texnologiyaların tətbiqi prinsipləri üzərində qurur. Bu məqsədlə rayonlarda fermerlərlə görüşlər keçirilir, Dövlət Aqrar İnkişaf Mərkəzləri yanında Fermerlər və Koordinasiya Şuralarının yaradılır, assosiasiyalarla mütəmadi müzakirələr aparılır.

Nazir bildirib ki, aqrar sahənin inkişafında bu sektorun bütün iştirakçıları mühüm rol oynasa da, əsas ağırlıq böyük sahibkarlıq subyektlərinin üzərinə düşür. İnam Kərimovun sözlərinə görə, toplantının keçirilməsində məqsəd aqrar sahənin inkişafını əngəlləyən amilləri dəyərləndirmək, təkliflər irəli sürməkdir.

Toplantıda iştirak edən "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding", "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group", "Səba Qrup" şirkətlərinin rəhbər şəxsləri aqrar sahənin inkişaf istiqamətlərini müzakirə edib, müştərək tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar sahədə ixtisaslaşmış iri sahibkarlıq subyektlərinin iştirakı ilə Aqrar Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Nazir İnam Kərimov bu təşəbbüsü dəstəkləyib və bildirib ki, belə bir qurumun təsis olunması sahibkarların üzləşdiyi problemləri dinləməyə, təklifləri sistem şəklinə salmağa, onların həllinə nail olmağa imkan verəcək.

"Azərsun Holding"in prezidenti Abdolbari Goozal bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. İnkişaf etmiş ölkələrdə bu cür qurumların fəaliyyət göstərdiyini xatırladan "Azərsun Holding"in prezidenti qeyd edib ki, Şurada təmsil olunan şirkətlər aqrar sahənin daha da inkişaf etdirilməsi yollarını birlikdə tapmalı, regionda rəqabətə davamlı məhsulların istehsalında birgə iştirak etməlidir.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. İştirakçıların yekdil qərarı ilə "Azərsun Holding"in prezidenti Abdolbari Goozal Şuranın sədri, Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, koorepativlər və assosiasiyalarla iş şöbəsinin müdiri Araz İsmayılov isə Katibliyin rəhbəri seçilib.

Nazir İnam Kərimov Katiblik tərəfindən yaxın bir ay ərzində Aqrar Məşvərət Şurasının Əsasnaməsinin hazırlanacağını deyib. Razılaşmaya əsasən, yeni yaradılan qurumun iclasları ayda bir dəfə keçiriləcək. Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış digər böyük şirkətlərin Aqrar Məşvərət Şurasına üzv olmasında məhdudiyyət yoxdur.

2235
Teqlər:
Abdolbari Goozal, aqrar sahə, "Azərsun Holding", KTN, İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi, nazir
Əlaqədar
Kənd təsərrüfatı nazirindən növbəti təyinat
Kənd təsərrüfatı naziri baramaçılığın və ipəkçiliyin yeni hədəflərini açıqladı
Dəyişikliklər davam edir: “Asan xidmət”, Kənd Təsərrüfatı Nazirliyi, “Qaçqınkom”...
Ekspert kənd təsərrüfatının inkişafından gözləntilərini açıqladı
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

14
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

14
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

5
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

5