Səhər yeməyi, arxiv şəkli

Sağlam yaşamağın birinci sirri nədədir?

170
(Yenilənib 00:40 30.08.2018)
Sağlamlığın birinci şərti səhər yeməyi yeyən zaman az yeməkdir

BAKI, 30 avqust — Sputnik. Mütəxəssislər bildirir ki, insan orqanizminin sağlam olması üçün səhər yeməyi mütləqdir.

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, bəzi qidaları səhər yeməyində mütləq qəbul etmək lazımdır.

Doktor Fevzi Özgönülün sözlərinə görə, sağlamlığın birinci şərti səhər yeməyi yeyən zaman az yeməkdir. Doyduğunuzu hiss edən kimi yeməyi dayandırın.

Səhər yeməyində karbohidrat qəbul edilməlidir. Bunun üçün bir dilim çörək yemək olar. Süd məhsullarından da yeməyiniz mütləqdir. Bu pendir, kəsmik, şor ola bilər. Zeytun səhər yeməyinin əvəzolunmaz nemətidir. Bədənə səhərlər protein qəbulu lazımdır. Bunun üçün yumurta yeməlisiniz.

Əgər qəbzlikdən əziyyət çəkirsinizsə ərik qurusu, quru əncir və ya xurma yeməyiniz məsləhətdir. Eyni zamanda meyvələr, fındıq, qoz, fıstıq da qəbul etmək lazımdır.

170
Teqlər:
araşdırma, səhər yeməyi, sağlamlıq, orqanizm