İntihar, arxiv şəkli

Bakıda iki uşaq atası olan sahibkar intihar edib

471
(Yenilənib 20:38 29.08.2018)
Nəsirov iki uşaq atası olub və özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 avqust — Sputnik. Bakıda növbəti intihar hadisəsi Suraxanı rayonunda qeydə alınıb. 57 yaşlı Hövsan qəsəbə sakini öz canına qıyıb. Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayonunun hüquq-mühafizə orqanları məlumat verib.

Avqustun 28-də Hövsan qəsəbəsində, 30-cu polis bölməsinin ərazisində 1961-ci il təvəllüdlü Nəsirov İlyas Dursun oğlu evinin həyətində özünü asıb. Hələlik intiharın səbəbləri müəyyən edilməyib.

İşin istintaqını aparan Suraxanı rayon Prokurorluğuna kişinin psixi çatışmazlıqdan əziyyət çəkdiyi və bu səbəbdən də psixiatrik xəstəxanada qeydiyyatda olduğu məlum olub. Ehtimal var ki, Nəsirov güclü depressiyada olub və bu amil də onu intihara vadar edib.

Nəsirov iki uşaq atası olub və özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.

471
Teqlər:
sahibkar, Hövsan, intihar, Suraxanı rayonu
Чингиз Абдуллаев

Xalq yazıçısı: “Tariximizi unutsaq, onlar yenidən işğala başlamaq üçün güc toplayacaqlar”

4
(Yenilənib 09:49 05.12.2020)
Xalq yazıçısı Çingiz Abdullayev deyir ki, bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar
Çingiz Abdullayev: “Bizim tarixi muzeylərimiz çox olmalıdır”

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Xalq yazıçısı Çingiz Abdullayev Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu Sərəncam çox lazımlıdır:

“Bizim uşaqlarımızın, nəvələrimizin belə bir muzeyi olmalıdır ki, onlar gəlib görsünlər və heç zaman yaddan çıxarmasınlar. Əgər biz bu tarixi unutsaq, onlar torpaqlarımızı işğal etmək üçün yenidən güc toplayacaqlar. Mən inanmaq istəyirəm ki, bu məsələ həmişəlik həll olunub, müharibə bitib və biz bir daha torpaqlarımızı itirməyəcəyik. Bizim tarixi muzeylərimiz çox olmalıdır ki, uşaqlarımız tariximizi bilsinlər”.

Çingiz Abdullayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Göyçaylı xəstəni polis küçədə tutdu

7
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

7
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar