Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyənin yüksək vəzifəli hərbçiləri Azərbaycana səfər edib

28
(Yenilənib 13:03 29.08.2018)
Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar

BAKI, 29 avqust — Sputnik. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayevlə görüşüb.

Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

28
Teqlər:
Azərbaycan, səfər, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları
Əlaqədar
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
Bu səfər Amerika-Türkiyə gərginliyini aradan qaldıra bilər
Türkiyə-ABŞ ticarət müharibəsi: Qalib bəllidir
Türkiyə ABŞ-a xəbərdarlığını yolladı: Ancaq sizin istəyinizlə ola bilməz
ABŞ-Türkiyə mübahisəsinin əsl qalibi bilindi
Azərbaycanlı miqrantlar Türkiyə sərhədində saxlanıldılar