Ağac kəsimi, arxiv şəkli

Təbiətə "divan tutan" şəxsə qarşı tədbir görülüb

19
(Yenilənib 12:52 29.08.2018)
Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib

BAKI, 29 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zaman Masallı rayonu ərazisində "Kamaz" markalı 44-BX-788 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8,5 m3 həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.

19
Teqlər:
ağac, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi
Əlaqədar
Lənkəranda ağac qətliamı törədilib...
Türkiyədə Misir ehramlarının yaşıdı olan ağac tapıldı
Paytaxtın Ağac Emalı Zavodunda baş vermiş yanğın söndürülüb
İcra başçısının maşınının üstünə ağac düşdü - FOTO
Bakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər...
Bakının əfsanəsinin üstünə ağac aşdı
Ağac oyuqlarında yatır, günlərini suda keçirirlər - FOTOLAR