Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyənin Parlament sədri Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib

20
(Yenilənib 14:29 29.08.2018)
Akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb

BAKI, 29 avqust — Sputnik. Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım avqustun 29-da Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

  • Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    © Photo : AZƏRTAC
  • Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    © Photo : AZRTAC
  • Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
    © Photo : AZƏRTAC
1 / 3
© Photo : AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkiyə parlamentinin sədri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Xatirə kitabına ürək sözlərini yazıb.

20
Teqlər:
Zərifə Əliyeva, Binəli Yıldırım, məzar, ziyarət, Heydər Əliyev, Şəhidlər Xiyabanı
Əlaqədar
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Binəli Yıldırım Azərbaycana gəlir
Binəli Yıldırım parlamentin sədri seçildi
Binəli Yıldırım İlham Əliyevi təbrik edib
İlham Əliyev Binəli Yıldırımı qəbul edib
Co Bayden, arxiv şəkli

Konqresmenlə prezidenti bir tutmayın - Co Baydenin hakimiyyəti Azərbaycana vəd edir?

1
(Yenilənib 15:47 22.01.2021)
"Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir" - siyasi ekspert

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda Co Bayden ABŞ-ın yeni prezidenti olaraq and içib. Səkkiz il vitse-prezident vəzifəsini icra edən Bayden indi ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin martında ABŞ-da səfərdə olarkən o dövrdə vitse-prezident vəzifəsini icra edən Co Bayden ilə görüşmüşdü.

Bəs Co Baydenin prezident olmasının Azərbaycan üçün hansı siyasi təsirləri olacaq?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Bayden ABŞ-ın həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək: “Bununla belə, yeni prezident ABŞ-ın strateji kursunu dəyişməyəcək. Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir”.

“Ölkəmiz regionda meqalayihələrin ideya müəllifidir, həm də onların həyata keçirilməsində vacib rol oynayır. Ona görə də yeni administrasiya Azərbaycana münasibətdə real və praqmatik mövqedə dayanmalıdır”, – deyə Fikrət Sadıxov əlavə edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Bayden hələ konqresmen olduğu vaxtlarda erməni diasporu ilə sıx əlaqədə olub və Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişin həmmüəlliflərindən biridir.

Politoloq deyir ki, Baydenin konqresmenlik dövründəki fəaliyyəti ilə prezidentlik vəzifəsini eyniləşdirmək olmaz: “O, artıq ABŞ-ın milli təhlükəsizlik və strateji maraqlarından çıxış etməlidir. Bu maraqlar Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma bu, o demək deyil ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığı indikindən daha çox olacaq. Azərbaycan üçün önəmli olan ABŞ-ın onun daxili işlərinə qarışmamasıdır”.

1
Teqlər:
siyasət, prezident, Azərbaycan, Co Bayden
Qaz sayğacı, arxiv şəkli

Qaz sayğacları niyə çox yazır? Konkret cavab üçün yeni qərar verdilər

6
(Yenilənib 15:40 22.01.2021)
Şikayət olunan Almaniya istehsalı 200 ədəd sayğac Bakı şəhərində quraşdırılıb. İlkin partiya olaraq 30 min ədəd belə sayğac da "Azəriqaz"a təhvil verilib

BAKI, 22 yanvar — Sputnik. "Smart tipli qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi zamanı qaz sərfiyyatının çox olması ilə bağlı ictimaiyyətdə, mətbuatda məlumatlar yayılıb. Biz belə qərara gəldik ki, bütün müraciət edən abonentlərin qaz sayğacları araşdırılsın. Bütün yazılı şəkildə müraciət edən abonentlərin sayğacları araşdırılacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayım zamanı bildirib. R.Əliyev həmçinin bildirib ki, əvvəldən ödənişli smart sayğaclar ləğv olunmayıb: "Daha müasir smart sayğacların alışını hazırda da həyata keçiririk. Hazırda Almaniya istehsalı 200 ədəd sayğac Bakı şəhərində quraşdırılıb. İlkin partiya olaraq 30 min ədəd belə sayğac bizə təhvil verilib. Abonentlər müraciət edərsə, 10 iş günü müddətinə əvvəldən ödənişli sayğacla əvəzləyərik".

6