Rus turistlər Türkiyədə xoşagəlməz "sürprizlə" qarşılaşdılar

© Photo : istiklalTürkiyyədə qəza
Türkiyyədə qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı sürücü və 11 turist xəsarət alıb

BAKI, 29 avqust — Sputnik. Türkiyədə rus turistlərin olduğu avtobus qəzaya uğrayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Ankarada olan Rusiya səfirliyinin nümayəndəsi Antalyada baş verən qəza zamanı rusların xəsarət aldığını bildirib. 

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
İstirahət günlərində 8 qəza baş verib, ölənlər var

Məlumata görə, qəza bu gün səhər, saat 05.20 radələrində Serik-Aksu yolunda baş verib. Belə ki, Belekden 25 turisti hava limanına aparan avtobusa TIR çırpılıb. Daha sonra turistlərin olduğu avtobus zərbədən digər avtobusa çırpılaraq su kanalına düşüb.

Qəza zamanı sürücü və 11 turist xəsarət alıb. Xəsarət almış turistlər xəstəxanaya aparılıb. Digərləri isə başqa avtobusla hava limanına çatdırılıb. Hadisə yerində turistlərin dağılmış əşyaları tur şirkətinin əməkdaşları tərəfindən yığılıb.

Hadisə araşdırılır.

Xəbər lenti
0