İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

40
(Yenilənib 14:33 29.08.2018)
Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir

BAKI, 29 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan bu barədə Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın dünəndən Azərbaycana səfəri başlayıb.

Binəli Yıldırım Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşəcək, iki ölkə arasında olan mövcud münasibətləri müzakirə edəcək.

Qeyd edək ki, bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir.

40
Teqlər:
Binəli Yıldırım, İlham Əliyev
Əlaqədar
Binəli Yıldırım Azərbaycana gəlir
Binəli Yıldırım parlamentin sədri seçildi
Binəli Yıldırım İlham Əliyevi təbrik edib
Binəli Yıldırım ABŞ-ın qəbul etmədiyi təklifi açıqladı
İlham Əliyevlə Binəli Yıldırım arasında görüş olub
Binəli Yıldırım Dmitri Medvedyevi təbrik edib

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

433
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

433
Artilleriya atəşi, arxiv şəkli

Ermənistanın daha bir hərbi obyekti darmadağın edildi - VİDEO

414
(Yenilənib 23:31 14.07.2020)
Dövlət sərhəddinin Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin intensiv atışması davam edir.

BAKI, 14 iyul — Sputnik. İyulun 14-də Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin daha bir hərbi obyekti - bölüyün dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

414