Baş Prokurorluq

Baş Prokurorluq böyük qalmaqalla bağlı cinayət işi açıb

307
(Yenilənib 10:14 29.08.2018)
Bakıda özbaşına qeyri-yaşayış obyektinin tikintisinə görə cinayət işi başlanıb

BAKI, 29 avqust — Sputnik. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluq birgə məlumat yayıb. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılıb. Müəyyən edilib ki, vətəndaş Elsevər Rufullayev torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyekti tikintisinə başlayıb.

Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqəli şəkildə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

307
Teqlər:
özbaşına tikinti, torpaq sahəsi, Baş Prokurorluq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Əlaqədar
Baş Prokurorluq: Sahibkarlardan rüşvət tələb edən şəxslər həbs edilib
Baş Prokurorluq Bakının dörd rayonunda vəzifəli şəxslərə qarşı cinayət işi başladı
Baş Prokurorluq dəhşətli partlayışla bağlı cinayət işi açdı
Baş Prokurorluq cinayət işi qaldırdı, ciddi cəzalandırılanlar olacaq
Baş Prokurorluq Sumqayıtdakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı
Baş Prokurorluq qəbul imtahanının nəticələri barədə məlumat yayıb
Masallıda səfərbərlik, arxiv şəkli

Səfərbərliyə cəlb edilən tələbələrlə bağlı qərar verildi

0
(Yenilənib 15:20 25.11.2020)
Tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

BAKI, 25 noyabr — Sputnik. Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"da dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, tələbəyə akademik məzuniyyətin verilməsi halları artırılıb.

Beləliklə, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə müvafiq tələblər gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.

Qərar noyabrın 24-dən qüvvəyə minib.

Qeyd edək ki, qüvvədə olan Qaydalara əsasən, hazırda tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

- müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;

- ailə vəziyyətinə görə - 2 il müddətinədək;

- səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;

- sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;

- müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə.

0
Teqlər:
tələbələr, tələbə, səfərbərlik, Təhsil Nazirliyi, ali təhsil, təhsil
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

DİM sədri Azərbaycan dili ilə bağlı məsələyə aydınlıq gətirdi

1
(Yenilənib 15:18 25.11.2020)
M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi və bunun üçün onlayn tədris və imtahan platformasının yaradılması ölkəmizin ali məktəblərində oxuyan əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq, əcnəbilərin Azərbaycan dilinin öyrərməsi imkanını artıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

Onun sözlərinə görə, DİM ilə Yunus Əmrə İnstitutu arasındakı əməkdaşlıq Türkçə Yetərlik İmtahanının (TYS) imtahanının DİM tərəfindən keçirilməsini, imtahanın Azərbaycan ictimaiyyətində tanıdılmasını, eyni zamanda Azərbaycan Dilinin Xarici Dil İmtahanı kimi ərsəyə gətirilməsi məqsədilə qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

DİM-in bu sahədə bir neçə illik təcrübəsinin olduğunu xatırladan M.Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli 346 nömrəli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması"nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

1
Teqlər:
Məleykə Abbazsadə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM