Azərbaycan prezidenti İlham Əliyev

Prezident daha iki rayonun icra başçıları ilə bağlı sərəncam verib

1109
(Yenilənib 16:08 28.08.2018)
Dövlət başçısı iki rayona yeni rəhbər təyin edib

BAKI, 28 avgust — Sputnik. Prezident İlham Əliyev Vaqif Bəhram oğlu Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Prezidentin daha bir sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, eyni gündə İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

1109
Teqlər:
İbrahim Ənvər oğlu Mustafayev, Ağdam Rayon İcra Hakimiyyəti, Vaqif Bəhram oğlu Həsənov, Gədəbəy Rayon İcra Hakimiyyəti, təyin, prezident İlham Əliyev, sərəncam
Əlaqədar
İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə başçı təyin etdi
Keçmiş icra başçısı dünyasını dəyişdi - FOTO
İcra başçısına qarşı sui-qəsd planlaşdırmış terrorçu məhv edilib
Gəncənin icra başçısını vuran şəxslə bağlı ilginc faktlar açıqlandı
Gəncənin icra başçısını güllələyən Yunis Səfərov danışdı – VİDEO