CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP Bakıda kütləvi reydlərə başladı – VİDEO

Abunə olmaq
Vaqif Əsədov: “Qəzaların əsas səbəbi kobud qayda pozuntularının olmasıdır”

BAKI, 27 avqust — Sputnik. Bakı şəhəri üzrə yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə kütləvi reydlər keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, son günlər ölümlə nəticələnən iki yol nəqliyyat hadisəsinin baş verməsi narahatlıq doğurur: "Bununla bağlı aparılmış təhlil əsasında deyə bilərik ki, qəzaların əsas səbəbi kobud qayda pozuntularının olmasıdır. Bu isə DYP-yə daha ciddi tədbirlər görmək üçün əsas verir".

Зажженная сигарета в руке, фото из архива - Sputnik Azərbaycan
Ölkə üzrə reyd: Siqaret çəkilməsi ilə bağlı kütləvi cərimələmə gedir

V. Əsədov qeyd edib ki, ötən illə müqayisədə YPX əməkdaşları paytaxtın küçə və prospektlərində daha çox xidmət aparır, maarifləndirmə işləri həyata keçirilir. 

"Bu gündən başlayaraq həyata keçirilən bu tədbirlər təkcə inzibati xarakterli deyil, həmçinin maarifləndirmə işlərini də əhatə edir. Xüsusilə piyadaların vurulması ümumi yol qəzalarının 62 faizini təşkil etdiyi üçün piyadalara yerlərdə fərdi söhbətlərin aparılması və yol nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb olan sürət həddinin aşılması, qarşı zolağa çıxma, yol ayrıcı qaydalarının pozulması, spirtli içki qəbul edərək sükan arxasına keçmək və digər istiqamətlər üzrə tərəfimizdən maarifləndirmə işləri həyata keçirilib. Hadisənin ağırlıq dərəcəsi ilə bağlı sürücülərə və piyadalara fərdi qaydada məlumat verilib” – deyə polis polkovniki qeyd edib.

V. Əsədov onu da bildirib ki, bu gün Bakı şəhərinin rayonlarında olan əksər küçə və prospektlərində DYP əməkdaşları tədbirlər həyata keçirib sürücülərə faydalı olan məlumatlar verilib, onların sualları cavablandırıb: " Sözsüz ki, bu gün keçirilən reydlər zamanı inzibati qaydada cəzalandırılan sürücülər də olub. Lakin həmin sürücülər ilə də maarifləndirmə söhbətləri aparılıb."

Bölmə rəisi bu cür tədbirlərin keçirilməsi zamanı küçə və yollarda təhlükəsizlik davranışlarının artırılması, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəldilməsi, həmçinin ərazidə YPX əməkdaşının olub-olmamasından asılı olmayaraq sürücülərin qaydalara əməl etmə vərdişinin formalaşmasına kömək edir: "Sürücülər ilk növbədə anlamalıdır ki, qaydalara əməl etmək onların təhlükəsizliyi üçündür."

Xəbər lenti
0