Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi layihəsinə yekun vurulub

Ekoloqlar media nümayəndələrini köməyə çağırdılar

54
(Yenilənib 19:07 27.08.2018)
Telman Zeynalov: "Media nümayəndələri də bizə bu cür təbliğatlar aparmaqda kömək etsələr uğurumuz daha çox olar"

BAKI, 27 avqust — Sputnik. "İnternyus Azərbaycan İctimai Birliyi"nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstəyi ilə həyata keçirdiyi "Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi" mövzusunda layihəsinə yekun vurulub. Bir neçə ay davam edən layihənin yekununda jurnalistlərlə görüş keçirilib, media nümayəndələrinə yekun haqqında məlumatlar verilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə iştirak edən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Azərbaycanda Ekologiyaya ciddi diqqət ayrıldığını qeyd edib. O, bildirib ki, Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Hər bir vətəndaşın da borcudur ki, bu sərvətləri qorusun: "Gəlin sərvətlərimizin qədrini bilək. Media nümayəndələri də bizə bu cür təbliğatlar aparmaqda kömək etsələr uğurumuz daha çox olar".

  • Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi layihəsinə yekun vurulub
    Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov
    © Sputnik / Murad Orujov
  • Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi layihəsinə yekun vurulub
    Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə
    © Sputnik / Murad Orujov
  • Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi layihəsinə yekun vurulub
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai əlaqələr şöbəsinin sektor müdiri Şövkət Bəkirov
    © Sputnik / Murad Orujov
  • Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi layihəsinə yekun vurulub
    "Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi" layihəsinə yekun vurulub
    © Sputnik / Murad Orujov
  • Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi layihəsinə yekun vurulub
    "Ətraf mühitin mühafizəsi ilə bağlı ictimai maarifləndirmənin aparılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişaf etdirilməsi" layihəsinə yekun vurulub
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov

Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə çıxışında deyib ki, onlar vətəndaş cəmiyyəti olaraq insanları bu sahədə maarifləndirirlər: “Vətəndaşların ekologiya sahəsində ola problemlərin aradan qaldırılması üçün maarifləndirmə işləri aparırıq. Bu bizim işimizdir. Düşünürəm ki, daha çox maarifləndirmə işləri aparmaq istəyiriksə, media da bizə dəstək olmalıdır. Problemlər çoxdur, onları bir-bir həll etməliyik və ətraf mühiti qorumalıyıq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai əlaqələr şöbəsinin sektor müdiri Şövkət Bəkirov çıxışı zamanı deyib ki, nazirlik olaraq bu mövzulara həssas yanaşırlar: “Biz də mütəmadı olaraq əhali arasında maarifləndirmə işləri aparırıq. Çalışırıq ki, ekologiya daha da qorunsun. Bu vacib məqamlardan biridir”.

54
Teqlər:
media, ekoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

8
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

8
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

7
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

7
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19