Adnan Oktar barədə ilginc məqamlar üzə çıxıb

© Photo : DHAAdnan Oktar
Adnan Oktar - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə fırıldaqçı din adamı Adnan Oktar və tərəfdarları ilə bağlı aparılan araşdırmalar davam edir.

BAKI, 25 avqust — Sputnik. Türkiyədə fırıldaqçı din adamı Adnan Oktar və tərəfdarları ilə bağlı aparılan araşdırmalar davam edir. Araşdırmalar nəticəsində yeni faktlar üzə çıxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 80-90-cı illərdə baş verən iki intihar və bir qətl hadisəsi ilə bağlı cinayət işi şübhəli məqamlar səbəbindən yenidən icraata qaytarılıb. Bu cinayətlərdə Adnan Oktarın iştirakının olub-olmaması araşdırılır. Eyni zamanda şübhəli məqamların olduğu 3 intihar hadisəsi də araşdırılır.

Qeyd edək ki, icraata verilən cinayət işləri bunlardır: 1988-ci il təvəllüdlü universitet tələbəsi Tayfun Baban Boğaz Körpüsündən tullanaraq intihar edib; 1989-cu il təvəllüdlü universitet tələbəsi Vistül Ayerdem 11-ci mərtəbədən özünü ataraq intihar edib; Adnan Oktara ən yaxın olan şəxslərdən biri — elektrik Serkan Ciminli 1998-ci ildə Bələkdə iki nəfər tərəfindən öldürülüb. Hər üç cinayətin üstü açılmayıb.

Xəbər lenti
0