CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uzunömürlü olmaq üçün bunları edin

© pixabay / Conger DesignQoz
Qoz - Sputnik Azərbaycan
Abunə olmaq
Kərə yağından istifadəni maksimum azaltmaq lazımdır

BAKI, 25 avqust — Sputnik. Dünyada ən çox ölüm səbəbi ürək, qan-damar xəstəlikləridir. Bu xəstəliklərin qarşısını almaq üçün ürək, qan-damar sistemimizi qorumalıyıq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bunu nəzərə alaraq sağlam qidalanmağı, xüsusilə bu orqana xeyirli olan qidalar qəbul etməyə çağırırlar. Buna görə də mütləq şəkildə duru yağlardan istifadə edilməlidir. Kərə yağından istifadəni maksimum azaltmaq lazımdır.

Gün ərzində bir dəfə səbzədən olan yemək qəbul edin. Süfrənizdən balıq əksik olmasın. Balığı bişirərkən yağda qızartmamaq, buxarda bişirmək lazımdır. Qırmızı ətdən az istifadə edin.

Hər gün ən azı 30 dəqiqə gəzin. 1 ovuc qoz, fındıq, badam yeyin. Həftədə iki dəfə mərci, lobya kimi qidalara üstünlük verin. Hər gün süd və pendir yeyin.

Qızarma qidalardan uzaq olun. Gündə bir fincan yaşıl çay için. Duzdan az istifadə edin.

Xəbər lenti
0