Cansız bədən, arxiv şəkli

ölüm… sonra olur?

7444
Qaz çoxaldıqca dəri sümük və əzələlərdən ayrılır

BAKI, 19 avqust — Sputnik. Ölümdən sonra nə baş verir? Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölüm anından sonra ürək dayansa da, bədən daha sürətli işləməyə başlayır.

Ürək dayandıqdan sonra tibbi baxımdan ölüm təsdiqlənir. Ürək dayandıqdan sonra bədənin müxtəlif orqanları fərqli ölüm sırasını davam etdirməyə başlayır. İlk dəyişiklik qan damarlarında müşahidə edilir. Ürək qanı dövran etməyi dayandırdığı üçün qan damarlarda yığılır və axın dayanır.

Qanın dövranı dayandığı üçün bədən iki rəng almağa başlayır. Bunun səbəbi bədənin alt hissəsindəki qanın cazibə qüvvəsi səbəbilə çökməsidir. Bu da çürümüş kimi bir görüntünün yaranmasına səbəb olur. Qanın çökmədiyi yerlər isə həddən artıq solğun rəng alır.

Daha sonra bədənin hərarəti düşməyə başlayır. Normalda 36.5 C olan bədən temperaturu düşür, bədən soyuyur.

Ölümdən bir neçə saat sonra hüceyrələri qidalandıran sistemin adenosine trifosfat səviyyəsi düşdüyü üçün bədən sərtləşməyə başlayır. Bu bədəni dəmir kimi möhkəmləndirir. Sərtləşmə ilk olaraq boyun əzələləri və gözlərdə başlayır.

Qan toplanır, laxtalanır. Amma bədən öldükdən sonra belə, əsnəmə mümkündür. Bunun səbəbi əzələ hüceyrəsinin ölməsi və bir neçə əzələnin büzülməsi ilə hərəkətin baş verməsidir.

Əzələlər boşaldıqca üz cizgiləri düzləşməyə başlayır. Qırışlar və qaş çatma izləri yoxa çıxır.

Bədən sərtləşsə də, daxili orqanlarda bu proses çox yavaş inkişaf edir. Beyin dayandığı üçün bağırsaq içində olanlar bayıra tökülür.

Ölən hüceyrələr, bakteriyalarla birlikdə pis qoxular yaranmağa başlayır.

Mütəxəssislərə görə, insan öldükdən sonra belə bədən səs çıxara bilər. Bədən sərtləşmə və qaz buraxan bağırsaqların sayəsində qıcırdaya və inləyə bilər. Bağırsaqlar bakteriya içərisində olduğu üçün həzm sistemi bağlandıqdan sonra bu bakteriya vəhşiləşir və bağırsaqları çökdürür.

Orqanlar parçalandıqca və bağırsaqlar qaz ifraz etdikcə, bu qazlar gözlərin və dilin şişməsinə səbəb olur.

Hüceyrələr parçalanır, orqanlar məhlul halına düşür və proteinlər ayrılır və orqanizm dağılmağa başlayır.

Qaz çoxaldıqca dəri sümük və əzələlərdən ayrılır.

Mütəxəssislər qeyd edir ki, ən sonda sümüklər dağılır. Bakteriyalar, göbələklər və digər orqanizmlərin bədənin qalan hissəsi ilə yox olmasından uzun illər keçəndən sonra sümüklərdəki protein parçalanır və hidroksiapatit buraxaraq toza çevrilən sümük mineralına dönür.

7444
Teqlər:
sümük, dəri, meyit, parçalanma, hüceyrə, bədən, ölüm

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8