Gavalı

Xərçəngi sağaldan meyvə bu imiş...

1411
(Yenilənib 08:58 16.08.2018)
Bununla yanaşı tünd gavalı piylənmənin qaşrısını alır.

BAKI, 16 avgust — Sputnik. Amerikalı araşdırmaçılar orqanizmimizdə ciddi xəstəliklərə qarşı müqavimət yaradan güclü antioksidanta malik olan meyvəni müəyyən ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, gavalının həzm prosesini asanlaşdırdığı hamıya məlumdur. Ancaq bəziləri unudur ki, onun tərkibində olan maddələr infeksiyalarla mübarizə aparır və xolesterinin səviyyəsini aşağı salır. Bununla yanaşı, gavalı ürək üçün də faydalıdır, qanın laxtalanmasını tənzimləyir.

Təhqiqatçılar hamıya gündə 3 ədəd gavalı yeməyi məsləhət görür. Meyvənin tərkibində olan polifenol maddələr ürək xəstəlikləri, şəkər və xərçənglə mübarizə aparır. Mikroelementlər nişastanı enerjiyə çevirir və qanda şəkərin səviyyəsini tənzimləyir.

Bununla yanaşı tünd gavalı piylənmənin qarşısını alır.

1411
Teqlər:
gavalı, antioksidant, piylənmə, xərçəng, ürək-damar xəstəlikləri
Fransada etirazlar

Yeni ildə köhnə adətə davam: fransızlar yenə mitinqə çıxıblar - VİDEO - FOTO

2
(Yenilənib 18:38 16.01.2021)
Sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib

BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar. 

Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib. 

​Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib. 

Hələlik aksiyanın dinc keçdiyi bildirilir. 

​Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur. 

​Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.

2
Duesseldorf aeroportu, arxiv şəkli

Sərhədi keçənlərdən COVID vaksini barədə sertifikat istəməyin - ÜST

2
(Yenilənib 18:11 16.01.2021)
Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib. 

BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir. 

Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib. 

2
Teqlər:
sertifikat, vaksin, COVID-19, ÜST
Mövzu:
Yeni tip koronavirus pandemiyası