Mobil telefonla şəkil çəkən adam

Xəbərdarlıq: Mobil telefonunuzla şəkil videolarınızı çəkə bilərlər

155
(Yenilənib 22:59 13.08.2018)
Təhlükəli Android smartfonlarının adları açıqlandı

BAKI, 14 avqust — Sputnik. "Kryptowire" Mobil Təhlükəsizlik Qurumunun təhlükəsizlik üzrə ekspertləri məşhur Android smartfonların proqram təminatı və tətbiqlərində 47 zəif cəhəti aşkarlayıblar.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə "The Bleeping Computer" məlumat yayıb.

Mütəxəssislər əmindirlər ki, smartfonların azı 25 modelinin sistemə girişində boşluqlar var. Tapılmış zəif xüsusiyyətlərdən bəziləri hakerlərə cihazın beyninə nüfuz edərək problem yaratmaq imkanı verir. Ən təhlükəli səhvlər hakerlərə imkan verir ki, onlar hücuma məruz qalmış (şifrəsi qırılmış) telefon vasitəsilə SMS göndərərək ekranın köməyi ilə şəkil və videoçəkilişləri həyata keçirsinlər. Eyni zamanda istifadəçinin kontaktlarının siyahısını ələ keçirib onların telefonuna hər hansı proqramları yükləsinlər.

Bu səhvlər Vivo, SKY, Plum, Orbic, Oppo, MXQ, Leagoo, Doogee və Coolpad şirkətlərinin istehsalı olan cihazlarda aşkarlanıb. Bundan əlavə, ekspertlər daha məşhur brendlərdən — LG G6, Sony Xperia L1, Nokia 6 və ASUS ZenFone 3 Max —dan olan telefonların da proqram təminatındakı təhlükəli zəif cəhətləri tapıblar.

"Bazarda yüzlərlə model mobil telefonlar və onların minlərlə saxta versiyaları var. Buna görə də, əllə həyata keçirilən heç bir test və qiymətlər əvvəlcədən quraşdırılmış tətbiqlərdəki və saxta mobil telefonlardakı zəiflikləri aşkarlamaqla problemi həll etmək gücündə deyil" — deyə Kryptowire-in baş direktoru Angelos Stavru (Angelos Stavrou) bildirib.

Əvvəllər belə məlumatlar yayılmışdı ki, hakerlər yönləndirici proqramlara giriş əldə etməklə istifadəçilərin bank rekvizitlərini oğurlamağı öyrəniblər. Hakerlər qurbanlarını istifadəçilərin öz məlumatlarını təqdim etdiyi maliyyə təşkilatlarının saxta saytlarına yönləndirirlər. Bu yolla onların telefon məlumatlarını əldə edir və öz cinayət əməllərini törədirlər.

155
Teqlər:
təhlükəsizlik, "Kryptowire" Mobil Təhlükəsizlik Qurumu, casus, smartfon
İdlibdə Türkiyə hərbi konvoyu, arxiv şəkli

Türkiyə mindən çox terrorçunu zərərsizləşdirdi

0
(Yenilənib 19:36 25.05.2020)
Türkiyə Silahlı Qüvvələri bu mübarizəsini ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlı şəkildə davam etdirəcək

BAKI, 25 may — Sputnik. Türkiyə 2020-ci ilin yanvarın birindən bəri keçirdiyi hərbi əməliyyatlar zamanı 1458 terrorçunu zərərsizləşdirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Yanvarın birindən İraqın, Suriyanın şimalında terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 1458 terrorist zərərsizləşdirilib. Mübarizəmiz sərt şəkildə davam edir", - deyə Müdafiə naziri qeyd edib.

O həmçinin vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri bu mübarizəsini ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlı şəkildə davam etdiriləcək.

 

0
Heroin, arxiv şəkli

Qardaş "hədiyyəsi" belə ağır olmamalı idi - FOTO

4
(Yenilənib 19:36 25.05.2020)
Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb

BAKI, 25 may — Sputnik. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb.

Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov verib. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kiloqram 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb.

Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib “Whatsapp” anı mesajlaşma şəbəkəsi vasitəsi ilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

4
Əlaqədar
Gəncə sakini Zaqatalada külli miqdarda narkotiklə tutulub
"Yeyib-içən oğlanlar" özlərinə hər yerdə şərait düzəldirlər
Şübhənin içindən 23 kq narkotik çıxdı
“Kürd Elnur” həbs edildi – Silahlı şəkildə
Azərbaycanın bu rayonu getdikcə Kolumbiyaya çevrilir