Флаги стран-участниц Каспийского саммита

Aktauda Xəzərin taleyi həll olunur: V sammit başlayıb

1058
(Yenilənib 14:56 12.08.2018)
Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

BAKI, 12 avqust — Sputnik. Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Sputnik Qazaxıstan xəbər verir ki, tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb. Ondan sonra İran prezidenti Həsən Ruhani çıxış edərək Xəzər dənizinin önəmindən və yekun sənədin Xəzəryanı ölkələr üçün həyati əhəmiyyət daşımasından danışıb. 

Rusiya prezidenti Vladimir Putin isə öz çıxışında Xəzər dənizinin hüquqi statusunun həllinin ölkələr üçün son dərəcə məsuliyyətli iş olduğunu deyib.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov da çıxış edərək Xəzərin hüquqi statusu barədə konvensiya çərçivəsində tərəfləri irimiqyaslı işin gözlədiyini qeyd edib. Hazırda sammit davam edir.  

Tədbirdə dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayacağı gözlənilir.

Diplomatlardan ibarət işçi qrup 20 il ərzində Xəzərin statusu ilə bağlı danışıqlar aparıb. Nəticədə Konvensiya layihəsi hazırlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

1058
Teqlər:
Xəzərin hüquqi statusu, İlham Əliyev, Nursultan Nazarbayev, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Vladimir Putin, Aktau, Qazaxıstan
Əlaqədar
Ekspert: “Aktau sammiti Xəzəryanı dövlətlər üçün əhəmiyyət kəsb edir”
Aktau sammitinə ciddi hazırlıq gedir
Aktau sammitindən sonra Xəzəri nə gözləyir