Ay tutulması

Ayın indiyədək bilinməyən cəhəti üzə çıxıb

320
(Yenilənib 23:38 12.08.2018)
ABŞ-ın Stouni-Bruk Universitetinin alimləri araşdırma zamanı laborator şərtlərdə Ay tozunun zərrəciklərini yaradıb

BAKI, 12 avqust — Sputnik. Ay tozu insan orqanizmi üçün ölümcül təhlükəlidir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlər insanın Ayda olma ehtimalını şübhə altına alacaq qərar verib. Bu Ay tozunun insan orqanizminə təsiri ilə bağlıdır.

ABŞ-ın Stouni-Bruk Universitetinin alimləri araşdırma zamanı laborator şərtlərdə Ay tozunun zərrəciklərini yaradıb və sonra onu siçanlar və hüceyrə koloniyaları üzərində sınaqdan keçiriblər.

Məlum olub ki, toz 90 faiz hüceyrələri və gəmiriciləri məhv edib. 

Yerin peykinin tozunu qətiyyən ağciyərlərə çəkmək olmaz. Tədqiqatçılara görə, onun təsirindən DNK sturukturunda dəyişiklik də ola bilər.

Ay tozu Yer tozundan fərqlənir. O ölçüsününə görə çox kiçikdir və güclü kanserogen xarakterə malikdir. Ay tozu qurudur və elektrostatik yüklənməyə malikdir.

Hələ ki, mütəxəsislər süni Ay tozu üzərində təcrübə aparıblar. Ancaq onlar ehtimal edir ki, yaxın zamanlarda əsl Ay tozunu öyrənə biləcəklər.

320
Əlaqədar
Bakını bürümüş toz dumanı ilə bağlı operativ qərar verildi
Paytaxtı bürüyən toz dumanı güclənir
Bakını niyə toz dumanı bürüyüb - rəsmi açıqlama