London taksisi

London taksiləri on-line sifariş sisteminə keçir

123
(Yenilənib 14:36 10.08.2018)
Müştərinin rəyi əsasında hər bir sürücünün reytinqi formalaşacaq.

BAKI, 10 avqust — Sputnik. "Bakı Taksı" MMC London taksiləri ilə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün yeni proqram təminatını tezliklə sərnişinlərə təqdim edəcək. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sürücülərin paytaxt ərazisində ünvanlara dəqiq bələd olmaları üçün xüsusi kurslar da təşkil edilib.

"Proqramın əsas məqsədi taksi sifarişlərin elektronlaşdırılması və xidmət keyfiyyətin artırılmasıdır. Proqram isitifadəyə buraxıldıqdan sonra artıq İOS və Android platfromaları üzərində çalışan bütün mobil telefonlardan on-layn sifariş verilməsi mümkün olacaq" — deyə Allahyarova bildirib.

O, yeni proqram təminatının əsas üstünlüklərini də izah edib: "Proqram təminatı 3 dildə olacaq (azərbaycan, rus, inglis). Müştərilər proqram təminatını telefona yükləyib, onlayn şəkildə (telefon nömrəsi və ya email vasitəsi ilə) qeydiyyatdan keçə biləcəklər. Qeydiyyatdan keçdikdən sonra, xəritədə istənilən ünvanı qeyd edib taksi sifariş edə biləcəklər. Proqram təminatında sürücünün harda olduğunu və nə vaxt çatacağını da izləyə biləcəklər".

Allahyarovanın sözlərinə görə, proqram təminatında ölkəmizə gələn turistlərin və eyni zamanda yerli müştərilərin rahatlığını təmin etmək üçün şəffaf qiymət siyasətinin aparılması nəzərdə tutulub. Sifariş məlumatlarını proqrama daxil etdikdə, müştəriyə sifarişi təsdiqləməkdən öncə yekun gediş haqqı məbləği göstəriləcək.

Xidmət keyfiyyətinin ölçülməsi və artırılması məqsədi ilə proqram təminatında əlavə funksionallıqlar da nəzərdə tutulub. Hər gedişin sonunda müştəridən anonim şəkildə rəy alınır. Müştərilər rəylərini qısa və ya detallı şəkildə verə biləcəklər. Həmin rəylərin əsasında hər bir sürücünün reytinqi formalaşacaq. Əgər mənfi rəy verilibsə, həmin müştəriyə mənfi rəy alan sürücü bir daha xidmət göstərməyəcək.

123
Teqlər:
London taksisi, taksi, "Bakı Taksı" MMC
Əlaqədar
Bakıda kütləvi taksi şoku yaşanıb, məsul qurum sərt tədbirlərə əl atacaq
Taksi sürücüləri qarşısında yeni tələb qoyuldu, əməl etməyənlər cəzalandırılacaq
Sərnişin gedişhaqqına görə taksi sürücüsünü qətlə yetirdi
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

4
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

4
Teqlər:
neft, OPEK, OPEC
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

19
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

19