BAKI, 10 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (RBDYPİ) sürücülərə və avtonəqliyyat vasitəsi sahiblərinə müraciət edib. RBDYPİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə "Yol hərəkəti haqqında" qanuna 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq, sürücülər inzibati məsuliyyət daşıyırlar.
Qeyd olunanları nəzərə alaraq, yol polisi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən odsöndürən olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər.
BAKI, 27 fevral - Sputnik. Amerikanın Berkshire Hathaway holdinq şirkəti banisi Uorren Baffetin illik ismarıcını yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, ismarıcda milyarder pərakəndə investorlara tövsiyələrini qeyd edib.
Onun sözlərinə görə, kapitalın əsasını "vaxt, daxili sakitlik, geniş diversifikasiya və əməliyyat sayı ilə komissiyaların minimuma ebdirilməsi" təşkil edir.
"Aksiyalara sahib olmaq - müsbət məbləğlə oyun oynamaqdır. Hövsələli və ağıllı, portfel yığmış meymun S&P 500 siyahısından olan şirkətlərin yerləşdirildiyi nişangaha 50 ox atsa, vaxt keçdikdən sonra gəlir götürəcək, kapitalı artacaq, düzdür, gərək bu zaman şirnikib aktivlərə dəyişiklik eləməyə".
O həmçinin qeyd edib ki, hazırda istiqrazlar üçün yaxşı vaxt deyil, çünki ABŞ Maliyyə Nazirliyinin onillik istiqrazları, məsələn, 2020-ci ilin sonunda 1981-ci ilin sentyabrındakı gılirliliklə müqayisədə 94 faiz düşmüşdü. Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri isə "kədərli gələcəyin" gözlədiyini bildirib.
BAKI, 27 fevral — Sputnik. Türkiyənin Sivas şəhərində 58 il qadın cəzaçəkmə müəssisəsi kimi istifadə edilən bina muzeyə çevrilir.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sivasda Sultan II Əbdülhəmid Xanın inşa etdirdiyi, lakin 60-cı illərdəki çevrilişdən sonra 58 il qadın cəzaçəkmə müəssisəsi olaraq fəaliyyət göstərən Həmidiyyə məktəbi muzeyə çevrilir.
Binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə restavrasiya olunan Həmidiyyə məktəbi artıq Şəhər və Sənaye Məktəbi adı altında muzey kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, muzeyin restavrasiyasına 10 milyon türk lirəsi xərclənib.