Bacadan cıxan tüstü

Şadlıq sarayları, restoran kafe sahiblərinə xəbərdarlıq olundu

144
(Yenilənib 15:58 08.08.2018)
BŞİH və ETSN-in əməkdaşları birgə reydlərə başlayacaq

BAKI, 8 avgust — Sputnik. Bakı şəhərinin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində (NRİH) geniş müşavirə keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyəti (SRİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib. Onun sözlərinə, müşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir.

"Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib" — deyə İ.Kərimov bilbirib.

Atmosferi tullantılarla çirkləndirən kafe
© Sputnik / Karikatura
Atmosferi tullantılarla çirkləndirən kafe

Əlavə edib ki, yaxın vaxtlardan etibarən BŞİH və ETSN-in əməkdaşları birgə reydlərə başlayacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

144
Teqlər:
ictimai iaşə obyektləri, tullantı, Bakı şəhəri, ETSN, BŞİH, kafe, restoran, şadlıq sarayları
Əlaqədar
Bakının məşhur hotel, restoran və ticarət mərkəzində yanğın - VİDEO
Məşhur "Nanəli" restoranı yandı
İftar vaxtı restoranın ortası çökdü, yaralı var - VİDEO
Diqqət: Restoranda istədiyiniz kimi əylənə bilməzsiniz