Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub

Sərnişinlərə şad xəbər

59
(Yenilənib 15:48 03.08.2018)
Yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib

BAKI, 3 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) tıxac və digər problemlərin həllini nəzərdə tutan layihələrin icrasını davam etdirir. Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhərin əsas nəqliyyat yükünü özündə cəmləşdirən yollarda hərəkətə mane olan amillərin aradan qaldırılması işləri görülür.

Bu çərçivədə daha bir yolda, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılmasına dair işlər yekunlaşıb. Ərazidə aparılan müfəssəl təhlillərə əsasən, hazırlanan plana uyğun olaraq, yerüstü piyada keçidinin yaxınlığında yolun hər iki istiqamətində yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilib.

Əvvəllər mövcud olan dayanacaq məntəqələrindən bir qədər irəlidə yeni cib tipli dayanacaq məntəqələri təşkil edilib, pavilyonlar qoyulub, müvafiq nişanlanma işləri görülüb. Bununla yanaşı, yerüstü keçidin hər iki hissəsində səki boyunca dəmir məhəccərlər vurulub ki, bu da piyadaların yolu pərakəndə halda keçməsinin qarşısını almaq məqsədi daşıyır.

Xatırladaq ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində piyada keçidinin qarşısında günün pik saatlarında yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilirdi. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərin avtomobilinin keçidin yanındakı dayanacaq məntəqəsini zəbt etməsi ərazidə sıxlığın yaranmasına səbəb olurdu. Axşam pik saatlarda Zabrat istiqamətində yolda yaranan sıxlıq Sabunçu yol qovşağında hərəkətin intensivliyinə ciddi maneə yaradırdı.

Analoji vəziyyət səhər pik saatlarda Heydər Əliyev prospekti istiqamətində müşahidə edilirdi. Dayanacaq məntəqəsi zəbt edildiyindən sərnişinlər avtobusa yolun hərəkət hissəsində minib-düşürdülər ki, bu da onların təhlükəsizliyi baxımından çətinliklər yaradırdı. Lakin qeyd edildiyi kimi, görülən işlər nəticəsində nəqliyyat axınına maneə yaradan məqamlar artıq aradan qaldırılıb.

Məlumat üçün bildirək ki, Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində yerləşən dayanacaq məntəqələrinə gün ərzində 21 marşrut xətti üzrə avtobuslar daxil olur.

59
Teqlər:
BNA, piyada keçidi, Bakı Nəqliyyat Agentliyi, problem, tıxac
Əlaqədar
Tramvay piyadanı belə vurdu - VİDEO
Piyadalar yolda qəza şəraiti yaratdılar
Piyadanı vurub qaçmaq istədi, amma tutuldu
Bu dəfə qəzaya sürücünün yox, piyadanın sərxoşluğu səbəb oldu

Azərbaycanda son sutkada 2424 nəfər COVID-19-a yoluxub

8
Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb

BAKI, 11 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.

8
Yas çadırı

Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb edilib

4
(Yenilənib 18:38 11.04.2021)
Xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib.

 

BAKI, 11 aprel — Sputnik. Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

4