Ölkədə meşə yanğınları "qırmızı xətt"i keçir, hüquq-mühafizə orqanlarına müraciət olundu

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı
Ekologiya və Təbii Sərvətlər Nazirliyində son zamanlar baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "Meşə yanğınlarına səbəb olan şəxslər cəzasız qalmamalıdır"

BAKI, 3 avgust — Sputnik. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) son zamanlar ölkədə baş verən meşə yanğınları ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən nazir müavini Firdovsi Əliyev bildirib ki, dünyada baş verən yanğınların 70 faizi insan faktoru ilə bağlıdır.

Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda 100 hektar ərazini yanğın bürüyüb

"Meşə ağac, kol, ot toplumu deyil, biosferin bir hissəsidir. Yer kürəsindəki heyvanların çoxu meşələrdə yaşayır" — deyə nazir müavini qeyd edib.

F.Əliyevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsində meşə yanğınları ilə bağlı xüsusi cərimələr nəzərdə tutulub: "Məcəlləyə görə, fiziki şəxslər 400-600 manat, hüquqi şəxslər isə 1500-2000 manat cərimə edilir. Cinayət Prosesual Məcəlləsinə görə isə belə şəxslərin 1-7 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur".

"Biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Meşə yanğınlarına səbəb olan şəxslər cəzasız qalmamalıdır" — o vurğulayıb.

ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Ərazilər Departamentinin rəhbəri Hikmət Əlizadə çıxışında deyib ki, 2017-ci ildə Ağcabədi, Şabran, Masallı, Oğuz, Xızı, Qəbələ, Daşkəsən, Salyan, Lənkəran, Şamaxı, Ağsu, Qazax, Ağstafa və s. rayonlarda 18 yanğın hadisəsində 1098 ha ərazidə, bu ilin 7 ayı ərzində isə 19 yanğın hadisəsində 700 ha ərazidə yanğın hadisəsləri baş verib.

"Meşə yanğınlarına səbəb, əsasən onlarla həmsərhəd olan biçənək və kövşənlərin yandırılması və tədricən həmin ərazilərə keçməsidir" — deyə H.Əlizadə diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və 70 ha ərazini əhatə edən yanğın 3 gün davam edib və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aviasiya dəstəsi tərəfindən söndürüülb. Artıq faktla bağlı şübhəli şəxslər müəyyən edilib və bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda araşdırma aparılır.

Xəbər lenti
0