Quşların vaksin edilməsi

Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib

144
(Yenilənib 15:27 01.08.2018)
QTA yoluxucu heyvan və quş xəstəliklərindən qorunmaq məqsədilə Rusiyadan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub.

BAKI, 1 avqust — Sputnik. Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan və quş xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi (QTA) əhaliyə xəbərdarlıq edib.

QTA-nın mətbuat xidmətindən Sputnik Azərbaycana verilən məlumatda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq yüksək patogenli quş qripi xəstəliyinin qeydə alındığı Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan və Çuvaşiya respublikalarından diri quş və quşçuluq məhsullarının idxalı müvəqqəti olaraq məhdudlaşdırlır.

"Eyni zamanda Rusiya Federasiyasının Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır" — deyə QTA-nın məlumatında bildirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərindən, Tatarıstan, Çuvaşiya respublikalarından gələn və ya qeyd edilən ərazilərdən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

144
Teqlər:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, "quş qripi", Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Rusiya Federasiyası
Əlaqədar
Azərbaycanda “quş qripi” varmı?
Azərbaycanda quş qripi xəstəliyi ilə bağlı hazırkı vəziyyət açıqlandı
 Donald və Melaniya Tramp, arxiv şəkli

Tramp seçkilərin nəticəsini dəyişmək üçün naziri işdən qovmaq istəyirmiş

5
Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb.

BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələr ərzində Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişmək üçün ədliyyə naziri vəzifəsini icra edən şəxsi daha loyal biri ilə əvəz etmək istəyirmiş. Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.

Qəzetin məlumatna əsasən, Ədliyyə nazirliyinin işçilərindən biri olan Ceffri Klark Trampla birlikdə Ceffri Rozenin ədliyyə naziri vəzifəsini icra edən postundan kənarlaşdırılması barədə plan hazırlayıb. Planın səbəbi Rozenin Corciya ştatındakı seçki nəticələrini dəyişmək üçün Trampın xahişlərinə rədd cavabı verməsi imiş.

Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb. Öz növbəsində Ceffri Klark belə bir planda iştirakını təkzib edib. Tramp isə şərh verməkdən imtina edib.

Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdən sonra Tramp qalib gəldiyini bildirərək, seçkilərinin nəticəsini məhkəmə yolu ilə dəyişmək istəyib. Lakin seçənlər Co Baydeni prezident elan ediblər. Co Baydenin andiçməsi yanvarın 20-də keçirilib.

5
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Yeni reallıqlar regional əlaqələrin dərinləşməsini zəruri edir”

6
(Yenilənib 10:16 23.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, yeni reallıqlar həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır
Elşad Məmmədov: “İranla iqtisadi əlaqələrimizdə qeyri-neft sektorunun böyük payı olacaq”

Tehranda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclası keçirilib. İclas çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən texniki, mühəndislik, su, enerji, dəmir yolu və s. sazişlər imzalanıb.

Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivlərini Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bölgədə yeni reallığın yaranmasının şahidi oluruq:

“Bu həm iqtisadi, həm də geosiyasi müstəvidə öz əksini tapmaqdadır. Yeni iqtisadi və siyasi reallıqların formalaşması regional əlaqələrin dərinləşməsini zəruri edir. Hesab edirəm ki, bu istiqamətdə çox böyük dəyişikliklərin şahidi olacağıq. İranla iqtisadi əlaqələrimizin dərinləşməsində xüsusən qeyri-neft sektorunun böyük payı olacaq”.  

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6