Sərnişin avtobusu

Hansı marşrut avtobusunda gediş haqlarının qədər artırıldığı açıqlandı - SİYAHI

876
(Yenilənib 15:04 01.08.2018)
Sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir

BAKI, 1 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərətrafı və qəsəbələrarası marşrutların yeni qiymətlərini açıqlayıb. BNA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən etibarən gedişhaqları 30 qəpikdən başlayır.

Verilən məlumatda bildirilir ki, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdısz ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

Eyni zamanda, "28 May" metrostansiyası — Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

Şəhərətrafı və qəsəbələrarası marşrutların gediş haqqı məbləğləri
© Foto : Cədvəl
Şəhərətrafı və qəsəbələrarası marşrutların gediş haqqı məbləğləri

876
Teqlər:
gediş haqları, BNA, sərnişin, Bakı Nəqliyyat Agentliyi, avtobus
Əlaqədar
Şirkətlər gediş haqlarının hələ də aşağı olduğunu düşünür, vətəndaşlar isə artacağını
İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Ərdoğandan ABŞ-a qarşı gözlənilməz gediş - Yeni düzən qurula bilər