Bakı-Sumqayıt yolu

Bakı-Sumqayıt yolunun yolçularına yenə xəbərdarlıq edilir

127
(Yenilənib 10:45 01.08.2018)
Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna yönəldiləcək

BAKI, 1 avgust — Sputnik. Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması bir neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna — dairə istiqamətinə yönəldiləcək.

127
Teqlər:
avtomobil tuneli, "Xırdalan dairəsi", Bakı-Sumqayıt yolu
Əlaqədar
Hacıqabuldakı dəhşətli yol qəzası ilə bağlı rəsmi məlumat yayıldı
Bakı-Sumqayıt yolu yenə təmirə bağlanır
Yenə xəbərdarlıq edilir, iki istiqamətdə yollar təmirə bağlanıb

Bakıda xəttə buraxılacaq əlavə avtobusların vaxtı açıqlandı

1
Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edilir.

BAKI, 9 avqust - Sputnik. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspress xətləri sabahdan fəaliyyətə başlayır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq.

Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

BNA nəzərə çatdırır ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.

1
Защитник Карабаха Аилтон Феррейра празднует забитый гол в ворота кипрского АПОЭЛ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

48
Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

48