Bakı Metropoliteni: Bir sərnişindaşımanın istismar xərcləri 47 qəpikdir

© Sputnik / Anar MustafayevSahil stansiyası
Sahil stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bəxtiyar Məmmədov: "Postsovet məkanına nəzər salsaq, ən ucuz tariflər Bakı metrosundadır"

BAKI, 31 iyul — Sputnik. "Bu qiymət artımının zəruri səbəbləri barədə mən bir neçə obyektiv nümunələri çəkmək istəyirəm. Metroda bir sərnişindaşımanın istismar xərcləri 47 qəpiyə bərabərdir. Bu tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik bir fərq olacaq".

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı

Sputnik Azərbaycan xəbər verir k, bu açıqlamanı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov son qiymət artımını şərh edərkən verib. O, bildirib ki, metroda sonuncu dəfə sərnişindaşıma xidmətinin tarifi 2011-ci ilin 1 dekabr tarixində dəyişdirilib.

Avqustun 1-dən baş verəcək qiymət artımına münasibət bildirən B.Məmmədovun sözlərinə görə, bu qiymətə yalnız istismar xərcləri daxildir: "Metro tikintisi – stansiyaların, tunellərin tikintisi, xətlərin inşası. Bura yeni qatarların alınması, mövcud qatarların əsaslı təmiri, modernləşdirilməsi, mövcud stansiyaların və infrastrukturun yenidən qurulması və əsaslı təmiri, bunların heç biri 47 qəpiyə daxil deyil".

"Qiymətləri postsovet məkanı ilə müqayisə etsək, məsələn, bu yaxınlarda Kiyevdə qiymətlər artırılıb, bizim məzənə ilə 41-50 qəpik arası dəyişir. Belarusda Minsk metrosunda gediş haqqı 55 qəpikdir. Özbəkistanın paytaxtı Daşkənddə 37 qəpikdir. Postsovet məkanına nəzər salsaq, yenə də ən ucuz tariflər Bakı metrosundadır" — Metropoliten sözçüsü bildirib.

"Rusiyanı xüsusilə qeyd etmək istəyirəm. Rusiyanın elə metrostansiyası yoxdur ki, orada qiymətlər Bakı metrosundan qat-qat artıq olmasın. Halbuki orada metro təchizatından söhbət gedirsə, böyük potensialı olan ölkədir. Həmin ölkənin metro sahəsi ilə bağlı istehsal gücü var. Biz isə əsas metro təchizatımızı xarici ölkələrin, xarici valyuta hesabına edirik" — deyə o vurğuıayəb.

B.Məmmədov qeyd edib ki, bütün bunlara nəzər salanda ölkədə qiymətlərin aşağı olması metronun sosial layihə kimi təqdim olunması ilə bağlıdır: "Bu, o demək deyil ki, "Bakı Metropoliteni" QSC inkişaf etməyəcək. QSC yaradıldıqdan sonra bir sıra yeniliklərin nümunələrini saymaq istəyirəm. Məsələn, biz bu yaxınlarda qatarların təmir olunaraq, modernləşdirilməsinə yerli şəraitdə nail olmuşuq. Bu, o deməkdir ki, əvvəllər biz qatarları ölkə xaricinə çıxardırdıq ki, onları təmir edək, modernləşdirək".

QSC təmsilçisi əlavə edib ki, əldə edilən ilk səmərə qatarın həmin ölkəyə nəqlinə, gömrük xərclərinə, onun təmir edən şirkətin əldə etmək istədiyi gəlirlərin tam olaraq aradan qaldırılmasıdır: "Biz qatarları özümüz alıb gətirir, məhz "Bakı Metropoliteni" QSC-nin şəraitinə uyğun olaraq yüksək standartlar səviyyəsində təmir edir, modernləşdiririk. Onlar, hətta kompüterləşdirilir. Sərnişinlərin rahatlığı üçün maksimum nə imkan varsa, bu qatarlarda öz əksini tapır".

Avtobuslar - Sputnik Azərbaycan
TƏHLİL
İctimai nəqliyyatda gediş haqlarının artırılmasına sərt reaksiya

"Bu, həm də yeni kadrlar deməkdir. Bu, yeni kadrların yetişdirilməsi sahəsində mühüm işlərin başlanması deməkdir. Bu, elmi-praktiki potensialın güclənməsi deməkdir. Bu, ən azından arzuladığımız vaqonqayırma sənayesinin yerli şəraitdə inkişafına təkandır. "Bakı Metropoliteni" QSC yerli şəraitdə beton blokların, beton yarımşpalların istehsalına başlayıb. Hal-hazırda bizim inşa olunan bənövşəyi xəttin "Memar Əcəmi" – B3 stansiyası arasındakı tunellərdə bu beton şpalların qoyulmasına başlanılıb. Taxta şpallarla müqayisədə bu şpalların ömrü daha artıqdır. Taxta şpalların ömrü 40 ildir, bu şpalların ömrü isə 50-80 ildir. Bunlar daha sadə, daha möhkəmdir. Bütün görülən işlərin məqsədi sərnişinlərin təhlükəsizliyi və rahatlığıdır" — B.Məmmədov vurğulayıb.

Qeyd edək ki, dünənTarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının Katibliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

"Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub.

Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcək. Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən "20 yanvar", "28 may", "Nəriman Nərimanov" və "Neftçilər" metro stansiyalarında fəaliyyət göstərən "Kart analiz mərkəzləri"nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Eyni zamanda məlumat üçün bildirilir ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 100-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 11094 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib".

Xəbər lenti
0