Zakir Qaralov, Azərbaycan Respublikasının baş prokuroru

Zakir Qaralov yeni prokuror təyin edib

171
(Yenilənib 11:30 31.07.2018)
Baş Prokurorluğun idarə rəisinin müavini tutduğu vəzifəsindən azad edilərək rayona prokuror göndərilib

BAKI, 31 iyul — Sputnik. Şamaxı rayonuna yeni prokuror təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun idarə rəisinin müavini Müşfiq Səfərov tutduğu vəzifəsindən azad edilərək Şamaxı rayon prokuroru təyin olunub.

Şamaxı rayon prokuroru olmuş Zakir Müslümov isə bir müddət öncə təqaüdə göndərilib.

171
Teqlər:
Zakir Qaralov, Müşfiq Səfərov, Zakir Müslümov, Baş Prokurorluq, prokuror, Şamaxı rayonu
Əlaqədar
Baş prokuror Gəncə hadisələri ilə bağlı mühüm mesaj verdi
Baş prokuror İsmayıllı ilə bağlı yeni əmr imzaladı
Baş Prokurorluq dəhşətli partlayışla bağlı cinayət işi açdı