Xəbərdarlıq: Bəzi ərazilərdə su olmayacaq

© AFP 2023 / Martin BERNETTI Su kranı, arxiv şəkli
Su kranı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir

BAKI, 31 iyul — Sputnik. Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar iyulun 31-də gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0