Meşə yanğınlarının miqyası böyüyür...

© REUTERS / Bob StrongABŞ-da meşə yanğınları
ABŞ-da meşə yanğınları - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp bölgəyə federal yardım edilməsinə razılıq verib

BAKI, 30 iyul — Sputnik. ABŞ-ın Kaliforniya əyalətində meşə yanğınları davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istiandla xəbər verir ki, yanğınsöndürənlərin müdaxilələrinə baxmayaraq yanğın yayılmağa davam edir. Məlumata görə, yanğının yayılmasının səbəbi tez-tez istiqamətini dəyişən küləklər və quraqlıqdır.

Əyalətin şimalında yanğınlar 6 nəfərin ölümünə səbəb olub. Keçən bazar ertəsi günü başlayan yanğın 194 kilometr ərazini əhatə edib, yanğınlar zamanı 500–dən tikili məhv olub. Kaliforniya valisi 3 bölgədə fövqəladə vəziyyət elan edib. ABŞ prezidenti Donald Tramp isə bölgəyə federal yardım edilməsinə razılıq verib.

Xəbər lenti
0