Açıq havada gəzişən insanlar

Əhaliyə hava xəbərdarlığı

320
Havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 30 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 31-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq və şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: İyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

320
Teqlər:
gecə, gündüz, yağmursuz, hava şəraiti, Abşeron yarımadası, Bakı
Əlaqədar
Sabah əsl istirahət havası olacaq, külək...
Havanın isti keçməsinin insanların sağlamlığına təsiri araşdırıldı
Qızmar hava 41 nəfərin ölümünə səbəb olub