CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara şad xəbər: Bu gün fürsət günüdür

Abunə olmaq
Bu gün vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək

BAKI, 30 iyul — Sputnik. Bu gün "Vəkillərin peşə bayramı günü" ilə əlaqədar müraciət edən şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. Bu barədə Sputnik Azərbaycan-a Vəkillə Kollegiyasından məlumat verilib.

Vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək. Bununla bağlı, qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.

Ünvanlar ilə bağlı bu KEÇİDdən ətraflı məlumat ala bilərsiniz.

Xəbər lenti
0