Partlayış

Sumqayıtda partlayış baş verib: xəsarət alanlar var

353
(Yenilənib 09:57 30.07.2018)
Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.

BAKI, 28 iyul — Sputnik. Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.

Nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

353
Teqlər:
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, Partlayış, Sumqayıt şəhəri
Əlaqədar
Sumqayıtda partlayış baş verib, həlak olan var
Mingəçevirdə partlayış olub, FHN hadisə yerində çalışır