CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

UNEC yeni layihəyə start verdi

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin binası
Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün "UNEC-i tanı" layihəsinə start verilib

BAKI, 27 iyul — Sputnik. UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün "UNEC-i tanı" layihəsinə start verilib.

UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olacaq. Layihə çərçivəsində abituriyentlər UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala biləcəklər. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
ELM
UNEC-də oxumaq istəyənlərin nəzərinə

Abituriyentlər UNEC-in tələbələrinə yaratdığı imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılacaqlar. Həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola biləcəklər.

Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi Facebook səhifəsinə ünvanlaya bilərlər. Eyni zamanda müraciətlərini öz facebook səhifələrindən #UNECdənsoruş haştagı ilə paylaşa bilərlər. Bunun üçün sualı paylaşdıqları post hamı üçün açıq olmalıdır.

Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə Azərbaycan, ingilis, türk və rus dilində tələbə qəbulu həyata keçirilir.

Ətraflı məlumat: (+99412) 497-58-63

UNEC-in tanıtım videosunu buradan izləyə bilərsiniz:

Xəbər lenti
0