Meşə qəniminə çevrilmiş şəxs cəzalandırıldı

© pixabay / PixalineAğac kəsimi, arxiv şəkli
Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı avtomobilin sahibi Xalid Abidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1883 manat məbləğində ziyan tətbiq edilib

BAKI, 27 iyul — Sputnik. Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, reyd zamanı Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Şabran rayonunun Dənizkənarı meşəbəyliyinin 8 saylı dolayında "Zil-131" markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 4,5 m3 həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi Xalid Abidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1883 manat məbləğində ziyan tətbiq edilib.

Xəbər lenti
0