Qaz pilitəsi

Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

156
(Yenilənib 10:20 27.07.2018)
Görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür

BAKI, 27 iyul — Sputnik. Bu gün Bakı şəhəri Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, iyulun 27-si saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" bunun Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş, diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız, diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş, diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar olduğunu qeyd edir.

"Görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür" — deyə məlumatda vurğulanır.

156
Teqlər:
Bakı şəhəri, Binəqədi, Nəsimi, qaz
Əlaqədar
Sabah böyük bir ərazidə qaz olmayacaq, işinizi ehtiyatlı tutun
Sabah böyük bir ərazidə qaz olmayacaq, diqqətli olun
Azərbaycanın neft və qaz ehtiyatları açıqlandı
Avropanın mərkəzində qaz sızması səbəbindən yüzlərlə insan təxliyyə edildi
İqtisadçı: “Cənub Qaz Dəhlizi Azərbaycanın mövqeyini gücləndirib”
Bakının dörd rayonunda qaz olmayacaq