Mars

Dünyanı dəyişən xəbər gəldi: Marsda həyat ola bilər?

32
(Yenilənib 02:28 27.07.2018)
Göl "Mars-ekspress" beynəlxalq stansiyası tərəfindən quraşdırılmış "Marsis" radarının köməyi ilə aşkarlanıb

BAKI, 27 iyul — Sputnik. Alimlər bildirirlər ki, Marsda maye halda suyun varlığının sübutu aşkarlanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 20 kilometr ölçüdə olan göl planetin cənub yarımkürəsində yerləşir və üzəri qalın buz qatı ilə örtülüdür.

Məlumata görə, göl "Mars-ekspress" beynəlxalq stansiyası tərəfindən quraşdırılmış "Marsis" radarının köməyi ilə aşkarlanıb.

Radar su qatının qalınlığını ölçə bilməyib.

32
Teqlər:
maye, göl, Mars, su, buz