Hiyləgər ana uşağını bu yolla ölümdən qurtardı

CC0 / Felix_Broennimann / TattooНанесение татуировки, фото из архива
Нанесение татуировки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polislər başa düşüb ki, uşağın əqli problemi var və onun qolunda yazılan nömrəyə zəng vurublar

BAKI, 27 iyul — Sputnik. Çində qoluna anasının mobil telefonunun nömrəsi döymə edilən uşaq tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, uşağı tapılan zaman qolunda iki mobil nömrə olub, onlardan biri silinib.

Məlumatda bildirlir ki,uşaq bir neçə gün bundan əvvəl itib. O adını və harada yaşadığını deyə bilməyib. Bu zaman polislər başa düşüb ki, uşağın əqli problemi var və onun qolunda yazılan nömrəyə zəng vurublar.

© Photo : LentaUşağın qolundakı döymə
Uşağın qolundakı döymə - Sputnik Azərbaycan
Uşağın qolundakı döymə

Zəngə oğlanın anası cavab verib. O polis şöbəsinə gələrək uşağı evə aparıb. Məlum olub ki, uşaq valideynləri yatan zaman evdən qaçıb. Ehtimal olunur ki, o, ətrafı gəzdikdən sonra evə qayıda bilməyib.

"Mən öz telefon nömrəmi onun çiyninə yazmışdım ki, əgər o itsə, kimsə onu tapsa, mənimlə əlaqə saxlasın" deyə qadın əlavə edib.

Xəbər lenti
0