Tozlu hava

Bakını bürüyən səhra tozu ilə bağlı növbəti xəbərdarlıq edilir

241
Belə şəraitin 27 iyul 2018-ci il tarixinədək davam edəcəyi proqnozlaşdırılır

BAKI, 26 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən, 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır və belə şəraitin 27 iyul 2018-ci il tarixinədək davam edəcəyi proqnozlaşdırılır.

241
Teqlər:
toz dumanı, Abşeron yarımadası, Bakı, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Bakını səhra tozu bürüyür, operativ iş rejiminə keçildi
Bakını bürümüş toz dumanı ilə bağlı operativ qərar verildi
Belə də olur: Şarlatan-həkim xəstəni qabartma tozu ilə öldürdü