“Yamaha-200” mühərrikli “Layner” tipli qayıq

Sərhədi pozmaq istəyən silahlı İran vətəndaşları saxlanılıb

43
(Yenilənib 13:46 26.07.2018)
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb

BAKI, 26 iyul — Sputnik. 2018-ci ilin 24 iyul tarixində saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycan Respublikasına mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.

1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq
© Photo : DSX-nin mətbuat xidməti
1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin "Yamaha-200" mühərrikli "Layner" tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilmiş və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb.

Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac
© Photo : DSX-nin mətbuat xidməti
Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac

Saxlanılan qayığa və qayıqda olan İran İslam Respublikasının və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum" markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

43
Teqlər:
sərhəd gözətçi gəmisi, Lənkəran rayonu, iranlı, Xəzər dənizi, Dövlət Sərhəd Xidməti
Əlaqədar
İran-Azərbaycan sərhəd məntəqələri 24 saatlıq iş rejiminə keçəcək
Düşmənlə 168 kilometr sərhəd xətti olan rayonda izdiham
Qalyano və Həsənov sübut etdilər ki, caz sərhəd tanımır
Ali Baş Komandan sərhəd gözətçi gəmisində
“Türkiyə sərhəd mühafizəsini SSRİ-dən öyrənsin”
"Dayan" çağırışına məhəl qoymayan sərhəd pozucusu vuruldu