isti hava

Nazirlik meteohəssas insanlara xəbərdarlıq edir

64
(Yenilənib 12:34 26.07.2018)
Günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir

BAKI, 26 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin dəyişkən buludlu,yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Sabah Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir.

64
Teqlər:
rütubət, meteohəssas, isti, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Əlaqədar
Qızmar hava 41 nəfərin ölümünə səbəb olub
Atatürk hava limanında görünməmiş hadisə, bu dəfə qadın turist...
Xəbərdarlıq gəldi: Diqqətli olun, isti hava infarkt riskini artırır
İstirahət günləri üçün hava proqnozu açıqlandı
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Həftənin ilk günü üçün hava proqnozu açıqlandı