SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın müdafiə naziri Rusiyaya gedir

Abunə olmaq
Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları - 2018" yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək

BAKI, 26 iyul — Sputnik. İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd olunub ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları — 2018" yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Xəbər lenti
0