Cüdo üzrə avropa kuboku

Cüdoçularımızı ağır sınaq gözləyir

26
(Yenilənib 12:43 26.07.2018)
Üç gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq

BAKI, 26 iyul — Sputnik. Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri start götürəcək. Sputnik Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Milli yığmanın kişilərdən ibarət komandasından Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) ilə təmsil olunacaq.

Qadınlarda isə yalnız ukraynalı legionerimiz İrina Kindzerska (+78 kq) mübarizə aparacaq.

26
Teqlər:
milli yığma, legioner, Cüdo Federasiyası, cüdo, Qran-pri, idmançı
Əlaqədar
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi
Azərbaycan cüdo turnirində komanda hesabında ikincidir
Cüdo komandamızın reytinqi yüksəlib
Masallıda cüdo üzrə turnir başladı
Cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib